Lavrov Türkiyəni şoka saldı: Ərdoğan belə söz deməyib…

9-04-2018, 19:40           
Lavrov Türkiyəni şoka saldı: Ərdoğan belə söz deməyib…
Türkiyə “Zeytun budağı” əməliyyatından sonra Afrinin idarəsini Suriyaya geri verməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Zeytun budağı” əməliyyatından sonra Türkiyə ordusunun Afrində qalacağını heç vaxt deməyib və əməliyyat bitdikdən sonra bu bölgənin idarəsini Suriya hökumətinə verilməlidir.
"Ən azı, belə bir yol axtarılacağına ümid edirəm", - Lavrov deyib.
Qeyd edək ki, Lavrovun Afrinin idarəçiliyinin Türkiyənin əvvəlcədən elan etdiyi kimi, ASO-ya deyil, Suriya rejiminə geri verməsi gərəkdiyi barədə açıqlamasını türk mediası "Lavrovdan təəccüblü açıqlama" kimi tirajlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru