Yeni Sərkisyanın Qarabağa baxışı “dəyişəcək” – Türk ekspert

10-04-2018, 09:02           

Ermənistanın yeni prezidenti Armen Sərkisyanın Qərb dövlətlərini tanıyan və avropalılar tərəfindən tanınan bir siyasətçi kimi Dağlıq Qarabağ məsələsi ilə bağlı ölkəsinə yönələn yanaşmalara təsir edəcəyini düşünürəm. Başqa sözlə desək, Ermənistan sanki daha mülayim bir görüntü yaratmaq istəyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri, Cənubi Qafqaz üzrə ekspert Məhməd Fatih Öztarsu deyib. Öztarsunun fikrincə, indiyə qədər Ermənistanın Qarabağdan olan hərbçilər tərəfindən idarə edilməsi ilə bağlı yaranmış mənzərə dəyişdiriləcək:

“Əlbəttə ki, arxa planda əsil idarəçi güc eyni düymə olaraq qalacaq. Lakin dünyanın maraqlandığı əsas tərəf Ermənistanın xarici görünüşü və bu dövlətin sərgiləcəyi münasibət olacaq. Ermənistan bu yoldan istifadə edərək 2016-cı ilin aprel döyüşlərinə görə Azərbaycanı aqressiv tərəf kimi göstərməyə çalışacaq. Hesab edirəm ki, Bakı İrəvanın nümayiş etdirəcəyi yeni yanaşmaları yaxşı ölçüb biçərək, sərt ritorikadan geri çəkiləcək”.

Ekspert bildirib ki, Ermənistan bildiyimiz Ermənistan olaraq qalacaq:

“Ermənistandan Qarabağ məsələsində Şimali Koreyanın nüvə silahından imtina etməklə bağlı verdiyi radikal qərar kimi yanaşma gözləyə bilmərik. Bu dövlətin gerçək niyyəti olmasa da, dünyaya sülhsevər ölkə imici nümayiş etdirəcəyini gözləyə bilərik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.