Türk müğənninin əri dörd oğlana cinsi istismardan həbs olundu

12-04-2018, 07:27           

29 il öncə Türkiyənin məşhur müğənnisi Bergeni öldürən həyat yoldaşı Halis Serbest ötən gün Adana şəhərinin Kozan bölgəsində dörd uşağa qarşı cinsi istismar etdiyinə görə həbs edilib.

Oxu.Az xəbər verir ki, onlara cinsi yaxınlıq etmək istədiyini deyən dörd oğlanın ifadəsindən sonra 71 yaşlı Halis polis şöbəsinə aparılıb.

Serbest verdiyi ifadədə böhtan atıldığını iddia etsə də, məhkəmə onu günahkar bilərək həbs edib.

Qeyd edək ki, Halis Serbest 1989-cu ildə Bergeni öldürmək günahı ilə həbs edilsə də, bir müddət sonra azad edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru