Məscidin minarəsinə çıxdı, insanlara atəş açdı - Video

13-04-2018, 00:38           

Türkiyənin Bursa şəhərində Küba məscidində hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, Murad Tahsin adlı şəxs tüfənglə məscidin minarəsinə qalxıb və ətrafdakılara atəş açıb.

Məlumata görə, həmin şəxs haqqında borcu səbəbindən həbs qərarı çıxarılıb. O, həbsxanaya girmək istəmədiyi üçün belə bir addım atdığını deyib.
Hadisə yerinə cəlb edilən polislər M.Tahsinlə uzun danışıqlar aparsa da, o, minarədən enməyəcəyini bildirib:

“Uşaqlarımın anası yoxdur. Yaxında ataları da olmayacaq. Buradan mənim cəsədim çıxacaq”.

Hazırda silahlı şəxsin tutulması istiqamətində tədbirlər aparılır. Əraziyə xüsusi təyinatlılar cəlb edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru