Bu, Rusiya hərbi gücünə təcavüzdür: Türkiyə çətin durumda

14-04-2018, 10:48           

Türkiyənin həqiqətən də İncirlik hərbi bazasını NATO-ya vermək ehtimalı aşağıdır, çünki Rusiyanın bu məsələdə mövqeyi son dərəcə dəqiqdir və Suriyaya hücum Rusiyanın hərbi varlığına təcavüz kimi dəyərləndiriləcək.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Serbiyanın Yaxın Şərq üzrə eksperti Nemanja Staroviç çıxış edib. O qeyd edib ki, Türkiyə ABŞ-la Rusiyanın arasında baş verən yeni böhranın arasında çəkic kimi qalıb:

"Türkiyənin bunu rədd etməsi ABŞ ilə münasibətləri daha da ağırlaşdıracaq. Çünki İran və Türkiyə əleyhinə ritorikası ilə tanınan Mayk Pompeonun vəzifəyə gəlməsi münasibətləri daha da pisləşdirəcək. Eyni zamanda Türkiyə NATO çərçivəsində və ikitərəfli səviyyədə ABŞ ilə maksimum əlaqə saxlamağa çalışır. Moskva və Vaşinqton arasındakı yeni gərginlik Ankaranı seçim qarşısında qoruyur".

Qeyd edək ki, gələn həftə NATO Baş katibi Yens Stoltenberq Ankaraya səfər edəcək. Onun səfər çərçivəsində İncirlik hərbi bazasından Suriyaya hücumda istifadə edilməsi ilə bağlı məsələni gündəmə gətirəcəyi gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.