Türkiyə başına bir milyon qoyulan terrorçunu ələ keçirdi

15-04-2018, 17:51           

“Əbu Eymən” kod adlı terrorçu Məhmət Abidoğlu Türkiyədə həbs olunub.

Teleqraf.com xəbər verir ki, başına bir milyon türk lirəsi mükafat qoyulan Əbu Eymən ləqəbli terrorçu Hatayda həbs edilib.

Türkiyə Daxili İşlər Nazirliyinin axtarış sistemində Əbu Eymən təhlükəli cinayətkarlar kateqoriyasında, yaşıl xətlə axtarışda olub.



Terrorçu saxlanıldıqdan dərhal sonra məhkəmə qarşısına çıxarılıb və həbsxanaya göndərilib.

O, həbs edilməzdən öncə türk kəşfiyyatı terrorçunun Suriyadan Türkiyəyə keçdiyi haqda informasiya əldə edə bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru