Ərdoğan ABŞ-ın Suriyaya zərbəsinə niyə dəstək verdi? - 2 səbəb

17-04-2018, 09:15           

Ərdoğanın ABŞ-ın Suriyaya hücumuna dəstək verməsində məqsəd Türkiyənin maraqlarını qorumaqdır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Elmlər Akademiyası Şərq Elmləri İnstitutunun elmi işçisi Vladimir Əhmədov çıxış edib.

Ankara ilə Dəməşq arasında münasibətlərin Suriya böhranından əvvəl çətin vəziyyətdə olduğunu deyən Əhmədov tərəflərin İsgəndər ətrafında münaqişə yaşadığını söyləyib:

"Bu bölgə ilə bağlı daha əvvəl silahlı toqquşma baş verəcəkdi. Ancaq daha sonra tərəflər aralarında razılıq əldə edildi. Müqavilənin böyük hissəsi gizli qaldı. Bu müqavilə İsgəndər haqqındakı səs-küylərin bir az da olsun azaldılmasını təmin etdi".

Rusiyanın Şərq Araşdırmalar İnstitutunun üzvü Andrey Çuprıgin isə Türkiyənin Gülənin ekstradisiyası üçün ABŞ-la barışmaq niyyətində olduğu üçüb bu addımı atdığını bildirib:

"ABŞ-la Türkiyə arasında diplomatik və siyasi böhranın başlamasından sonra Gülənin deportasiya edilməsi çətinləşdi. Ankara indi də Suriyadakı əməliyyata dəstək verməklə, Vaşinqtonla sülhə çalışır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.