Türkiyədə azərbaycanlı qadın döyülərək öldürüldü

17-04-2018, 16:30           
Türkiyədə azərbaycanlı qadın döyülərək öldürüldü
Türkiyənin cənub-qərbində olan Dənizli vilayətinin Pamukkale rayonunda yaşayan azərbaycanlı qadının meyiti evində tapılıb.

APA-nın verdiyi xəbərə görə, bu gün səhər 33 yaşlı Türkay İsayevanın qonşuları mənzildə meyit olması barədə polisə müraciət ediblər. İki uşaq anası olan qadının döyülərək öldürüldüyü bildirilir. Ölümün səbəbinin dəqiqləşdirilməsi üçün meyit ekspertizaya göndərilib.

Polis əməkdaşları binadakı təhlükəsizlik kamerasının görüntülərinə baxıb. Binanın sakinləri meyitin tapıldığı mənzildə çox vaxt dava-dalaş olduğunu, orada gecə klubvlarında işləyən qadınların yaşadığını deyiblər.

Hazırda cinayətin kim tərəfindən törədildiyi və həmin şəxsin saxlanılması istiqamətində iş başladılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru