Türkiyədən ərəblərə qarşı sərt bəyanat: Dərk etmirsiniz!

18-04-2018, 00:02           

Suriyada siyasi böhranın başlamasından bəri üzərinə böyük məsuliyyət götürən Türkiyənin səylərini görməzdən gəlmək reallıqla uzlaşmır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Ərəb Dövlətləri Liqasının türk ordusunun Afrindən çıxmasının vacibliyi ilə bağlı bəyanatına şərh verərkən deyib.

“Bəyanatda Türkiyə Silahlı Qüvvələrinin Afrindən çıxması durumunda bunun Suriya böhranına müsbət təsiri olacağının deyilməsi, “Zeytun budağı” əməliyyatının məqsəd və məramının hələ dərk edilməməsini göstərir. Bu əməliyyat Suriyanın ərazi bütövlüyünün qorunmasına xidmət edir”, - deyə Aksoy bildirib.

Qeyd edək ki, ərəb birliyi Türkiyənin Afrindən tez bir zamanda çıxmasının zəruriliyi ilə bağlı bəyanat yayımlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru