Ərdoğanın seçki qərarının sirri - Qurulan tələlərə qarşı…

19-04-2018, 21:15           
Ərdoğanın seçki qərarının sirri - Qurulan tələlərə qarşı…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın erkən seçki qərarı ölkəmizə qarşı qurulan tələləri boşa çıxaran bir həmlədir. Türkiyədə ssenarini artıq başqaları deyil, bu millət özü yazacaq. Bu millətin yazdığı ssenariyə hər kəs tabe olacaq.

Bu sözləri Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

“Bir halda ki sistem dəyişdi, biz də yeni sistemlə yolumuza davam etməliyik. Artıq sistemin həyata keçirilməsini daha çox gecikdirməyin heç kimə faydası yoxdur. Türkiyənin sürətli şəkildə qərar qəbul etməyə və həmin qərarları tətbiq etməyə ehtiyacı var. Biz Türkiyə zərər görməsin deyə seçkinin erkən olmasına qərar verdik. Yəni seçki tarixini daha uzağa aparmaq Türkiyəni bu müzakirələrlə daha çox məşğul etmək deməkdir. Biz bu müzakirələrin bitməsini istəyirik. 24 iyunda iqtidara gələnin qarşısında 5 il perspektiv dayanacaq. “Birdən hökumət qurulmadı” deyə bir dərdimiz yoxdur artıq, sandıqdan hökuməti millət birbaşa çıxaracaq”, - Bozdağ bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru