Azərbaycanın İstanbuldakı baş konsulu şəhərin bələdiyyə sədri ilə görüşüb

20-04-2018, 08:37           
Azərbaycanın İstanbuldakı baş konsulu şəhərin bələdiyyə sədri ilə görüşüb
Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Məsim Hacıyev şəhərin bələdiyyə sədri Mövlud Uysal ilə görüşüb. Baş konsulluqdan APA-nın Türkiyə bürosuna bildirilib ki, görüşdə Məsim Hacıyev Türkiyə ilə Azərbaycanın arasındakı arasında dərin köklərə malik qardaşlıq münasibətləri barədə danışıb. Məsim Hacıyev aprelin 11-də keçirilən prezident seçkilərində baş konsulluqda təşkil edilən seçki məntəqəsinin fəaliyyəti barədə İstanbulun bələdiyyə sədrinə məlumat verib.



İstanbul bələdiyyəsinin sədri Mövlud Uysal isə yenidən prezident seçilməsi münasibəti ilə İlham Əliyevi təbrik edib. Mövlud Uysal bələdiyyəçilik sahəsində iki qardaş ölkə arasındakı münasibətlərin dərinləşdirilməsi üçün görülə biləcək işlərdən danışaraq, bu sahədə İstanbul bələdiyyəsinin öz üzərinə düşən hər bir işi yerinə yetirməyə hazır olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru