Türkiyə qızıl ehtiyatlarını ABŞ-dan çıxardı

20-04-2018, 17:11           
Türkiyə qızıl ehtiyatlarını ABŞ-dan çıxardı
Türkiyənin Mərkəzi Bankı ölkənin bütün qızıl ehtiyatını ABŞ Federal Ehtiyatından çıxarıb. Virtualaz.org “Hürriyet”ə istinadən xəbər verir ki, burada Türkiyənin qızıl ehtiyatları qorunmaq üçün saxlanırmış.

Mənbəyə görə, ABŞ-da saxlanan qızıl külçələrinin sayının azaldılması ilə bağlı qərar Ankara tərəfindən bir sıra regional və ikitərəfli mövzulara görə ABŞ-la münasibətlərin pozulması üzündən verilib.

Federal Ehtiyatdan qızılın mütəmadi çıxarılmasına 2017-ci ildə başlanıb. O vaxt ABŞ-da Türkiyəyə məxsus 28,7 ton qızıl saxlanırdı.

Türkiyə Mərkəzi Bankının hesabatından da bunu aydın görmək mümkündür. Belə ki, 2016-cı ilin hesabatına görə, ABŞ-da saxlanan qızıl ehtiyatının həcmi 28 min 689 kiloqram göstərilir. 2017-ci ilin hesabatında isə həmin xanada heç bir rəqəm yoxdur.

ABŞ-dan çıxarılmış qızılın bir hissəsi Türkiyəyə gətirilib, digər hissəsi isə qorunub saxlanmaq üçün Avropada – Böyük Britaniyanın Mərkəzi Bankında və İsveçrənin Beynəlxalq Hesablaşmalar Bankında yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru