Ərdoğan seçki kampaniyasının başladığını elan etdi
20-04-2018, 20:43
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə iyunun 24-ə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı özünün seçki kampaniyasının başladığını elan edib.
Trend-in məlumatına görə, Türkiyə lideri bildirib: "Bizim seçki kampaniyamız balşadı. Seçki proqramımızı partiyanın İstanbulda keçirilən konqresində açıqlayacağıq".
Qeyd edək ki, aprelin 13-də Türkiyədə növbədənkənar prezident seçkiləri elan edilib.