Afrin qəhrəmanı tibb bacısının ÖRNƏK VƏTƏN SEVGİSİ
21-04-2018, 11:42
Afrinin ilk şəhidini atəş xəttindən “Zeytun Budağı” hərəkatının qorxusuz tibb bacısı Yelda Özçelebi, iştirak etdiyi döyüşlərdə baş verənləri söyləyib. Özçelebi daha əvvəl də Cerablus, Əl Bab, Niger, Somali, Cizre xəndək döyüşlərində könüllü olaraq çalışıb.
Tibb bacısı Yelda Özçelebi, 2 övladını təkbaşına böyüdən, peşəsini böyük bir məhəbbətlə yerinə yetirən, vətən və bayraq sevdalısı bir sağlamlıq xidmətçisidir. "Məni Afrinə, Suriyaya, İraqa göndərin, cəbhədən geridə çalışmaram" deyəcək qədər də qorxusuzdur. Belə ki, Afrinin ilk şəhidi olan Musa Özalkan üçün mərmilərin qabağına atlayıb, şəhidi cəbhənin arxasına çıxarmışdır. Ancaq bütün səylərinə baxmayaraq xilas edə bilməmişdir. Əsgərin bacısı, dərd ortağı, qardaşı, anası olub. Özçelebi, “Zeytun Budağı” Hərəkatının arxa planını haqda danışıb.
16 illik tibb bacısı, son 6 ildir ki, UMKE əməkdaşı kimi çalışır. Könüllü olaraq sərhəd bölgələri, döyüş bölgələrində xidmət edir. “Fərat Qalxanı” çərçivəsində Cerablus, Əl Bab, Niger, Somali, Cizrə xəndək əməliyyatlarında, son olaraq Afrində könüllü olaraq xidmət etmişdir.
ÖLMƏDƏN GERİ QAYITMARAM
"Ölkəmi çox sevirəm, insanlarımıza aşiqəm" deyən Özçelebi, "Öncə vətəndir. Qulaqları kar edən top səsləri, bədəninizi dəlib keçən güllələr. Qarşınızda düşmən xətti və onlara öz canını sipər olan Türk əsgəri. Bizim işimiz onları, onlarınkı də dövləti yaşatmaqdır. Hər səhər vəzifəyə şəhadət gətirərək başlayıram. Burada ölmədən geri qayıtmayacağam" deyir.
Prezident Ərdoğanın Tibb Bayramında ona salam göndərdiyini xatırladan Yelda bacı sözlərini, "Məni şərəfləndirən prezidentimizə təşəkkür edirəm, bu mənə ruh verdi. Allah onu başımızdan əskik etməsin" deyə tamamlayıb.
BACI KOMANDİRİMİZİ XİLAS ET
Afrinin ilk şəhidini cəbhədən necə çıxardığını anladan Özçelebi, "Döyüş olduğunu dedilər. Əraziyə getdik, yaralı əsgərlərə ilk müdaxilə etdim. Ən son Musa Özalkan gəldi. Ağır yaralıydı. Səni anana qovuşduracağam deyərək göz yaşları içində ona bir saat 10 dəqiqə ürək masajı etdim. Əsgərləri “Bacı nə olar, komandirimizi xilas et” deyirdi. Amma təəssüf ki, edə bilmədim" deyə, söyləyib.
Müxalifət.az