Türkiyədə növbədən kənar seçkilərlə bağlı fikirlər

21-04-2018, 13:27           
Türkiyədə növbədən kənar seçkilərlə bağlı fikirlər
Türkiyə müsəlman dünyasında demokratik ölkədir.Türkiyədə növbədənkənar seçkilərin olması haqqında 2017-ci ilin sonlarından danışılmağa başlamışdı.2018-ci ildən başlayaraq zaman-zaman gündəmdə olub.Amma hər zaman hökümət tərəfindən təkzib olunub.Türkiyənin Afrin əməliyatından sonra Türkiyə gündəmi dəyişdi.Hər kəs Türkiyə Ordusuna dəstək verdi.Sonra ölkə gündəmini Dolların bahalaşması məşğul etdi.Türkiyə lirasının dəyərdən düşməsi müəyyən fəsatlara gətirib çixardıb.Bundan başqa Türkiyə dövlətinin xaricdən hər hansı təhlükələrin gələcəyinə bir işarədir.Ona görə MHP lideri Dövlət Baxçalı bəyin bu təhlükələrin hiss etməsi və bununls bağlı Türkiyə Cumhurbaşqanı məsləhətləşməsi olub.Təxminim bu görüşmələrin lap əvvəldən olduğunu işarə verir.Dövlət bəy təcrübəli siyasəçidir.1999-cu ildə MHP koalisya ortaqı olub.O,zamanda ölkədə ciddi iqtisadi böhran vardı.Bu həm daxildən həmdə xaricdən gəlirdi böhran.Bunuda deyim terör bitmişdi.Birdən qəfil Dövlət Baxçalı növbədən kənar seçim dedi MHP məğlub oldu Ədalət İnkişaf Partiyası iqtidar oldu.2015-ci il seçkilərindən sonrada hökümət qurula bilmədi yenə dövlətə təhklükəsi vardı.Terör ölkədə ciddi təhlükə idi və buna qarşı mübarizəni istəməyən qüvvələr vardı.Onda yenə Dövlət Baxçalı birdən növbədən kənar seçkilər dedi.Seçki bitdi hökümət quruldu terörla daha sərt mübarizə aparıldı.Nəticə olaraq bu seçkilərdə Türkiyə dövlətinə gələ biləcək təhlükələri önləmək üçündür.Bunu zaman göstərəcək.


Teymur Qasımlı
İstanbul Universitetinin Siyasət Elmi və Beynəlxalq Münasibətlər üzrə Doktorantı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.