Türkiyə 37 terrorçunu məhv etdi, 5 şəhid verdi

21-04-2018, 20:46           

Türkiyədə terrorla mübarizə əməliyyatları çərçivəsində 6 gün ərzində 37 terrorçu zərərsizləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından informasiya yayılıb.

Əməliyyat nəticəsində 44 müxtəlif tip silah və 41 kustar üsulla hazırlanmış patlayıcı ələ keçirilib.

Əməliyyatlarda 5 hərbçi şəhid olub, 9-u yaralanıb.

Qeyd edək ki, "Zeytun budağı" hərəkatı başlayandan bu günə qədər 4254 terrorçu zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələrinin isə 53 hərbçisi şəhid olub, 232-si yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru