Avstriya Ərdoğanın seçki kampaniyasına icazə verməyəcək

22-04-2018, 19:08           

Avstriya Ərdoğanın bu ölkədə keçiriləcək seçki kampaniyasına icazə verməyəcək. AzEuroNews.com xəbər verir ki, bu barədə ölkənin baş naziri Sebastyna Kurts açıqlama verib. Onun sözlərinə görə, Ərdoğan Avstriyada yaşan türkləri məcbur şəkildə öz seçki propaqandasına alət edir: “Bizim ölkədə yaşanan türklər seçki kampaniyasında iştirak etmək istəmir. Buna görə də biz Ərdoğanın seçki kampaniyası keçirməyinə icazə verməyəcəyik”.

Kurts vurğulayıb ki, Avstriyadakı siyasi partiyalarda təmsil olunan türklər də Ərdoğanın seçki kampaniyasına mane olacaq.

Məlumat üçün qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasının (MHP) erkən seçkilərin 2018-ci il 24 iyuna təyin edilməsi ilə bağlı qərarı parlamentin Konstitusiya Komissiyası tərəfindən qəbul edilib. HDP-çilər iclasda protest elan etsələr də, CHP-nin də dəstəyi ilə qərar qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru