Ərdoğan əsəbiləşib iclası tərk etdi- VİDEO

24-04-2018, 08:17           


Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) qurulmasının 98-ci ili münasibətilə parlamentdə xüsusi iclas keçirilib.


İclasın gedişatında Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatları arasında mübahisə düşüb.

CHP-nin üzvü Özgür Özəlin 15 iyul hərbi çevrilişə cəhd hadisələri barədə ittihamları AKP-liləri özündən çıxarıb. Söz alan Baş nazir Binəli Yıldırım sərt reaksiya verdikdən sonra gərginlik pik nöqtəyə çatıb.

İclası Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə birlikdə izləyən prezident Rəcəb Tayyib Ərdoğan isə baş verənlərə etiraz olaraq iclası tərk edib. O, iclasdakı ümumi mənzərəni "Rəzalət” adlandırıb. (qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru