Ərdoğanın fəlakət adlandırdığı "Günəş motel" olayı nədir?

24-04-2018, 08:40           

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin 15 deputatının İYİ Partiyasına keçməsini "Günəş motel" olayı ilə müqayisə edib.

Axar.az xəbər verir ki, Ərdoğanın "Günəş motel"lə bağlı sözləri tarixi oxucularımız üçün səhifələməyə sövq edib.

"Günəş motel" olayı nədir? Hansı deputatlar hansı partiyaya keçmişdi?

1977-ci ildə CHP TBMM-də 213 yer qazandı, ancaq təkbaşına iqtidar olmaq üçün bu kifayət etmirdi. Ədalət Partiyasından 11 deputat istefa verərək CHP-yə keçdilər, nəticədə CHP təkbaşına iqtidara gəlməyi bacardı. Həmin vaxt ƏP-nin lideri Süleyman Dəmirəl Milli Səlamət Partiyası və Milliyyətçi Hərəkat Partiyasının iştirakı ilə II Milliyyətçi Cəbhə hökumətini qurdu. Həmin ilin dekabr ayında CHP bələdiyyə seçkilərində də qalib gəldi və tarazlıq dəyişməyə başladı.

Bu fürsətdən istifadə etmək istəyən CHP ƏP-dən istefa verənlərlə əlaqə yaratmağa başladı. Görüşlər otellərdən birində keçirildi. Ancaq gizli görüş mətbuata sızdıqdan sonra danışıqlar başqa bir vəziyyətdə reallaşdırılmağa başladı. Danışıqların davamı dövrün CHP-çi İstanbul bələdiyyə sədri Aytəkin Kotilin rəhbərliyi ilə bələdiyyəyə aid "Günəş motel"də keçirildi. Nəticədə Bülənt Ecevit Ədalət Partiyasından istefa verən millət vəkilinə yeni quracağı hökumətdə dəstək qarşılığında vəzifə təklif etdi. Beləliklə, CHP təkbaşına iqtidar oldu.

Qeyd edək ki, ötən gün CHP-nin 15 millət vəkili İYİ Partiyasının sıralarına qoşulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.