Məhəmmədəmin Rəsulzadənin bolşevik Əliheydər Qarayevin çıxışına cavabı.

24-04-2018, 22:20           

Məhəmmədəmin Rəsulzadənin bolşevik Əliheydər Qarayevin çıxışına cavabı.

"Məhəmmədəmin Rəsulzadə (qayət hərarətli və həcəyanlı bir halda) - Bumudur vətənpərvərlik!? Böyləmi danışır bir Cümhuriyyət üzvü!? Böyləmi söylər bir xalqın nümayəndəsi!? Əfəndilər! Bu kimi ultimatumlara fürsətdən bilaistifadə asi əlini dal qapıdan millətin hüququna uzatmaq derlər. Mən burada hər halda bir Azərbaycan Məclisi-Məbusan üzvü deyil, bir Rusiya vəkilinin, bir Rusiya agentisin sözünü eşidirəm...

Soldan səslər - Provokasiya...

Məhəmmədəmin (davamla) - əvət siz provokasiya deyirsiniz...

Nə üçün siz böylə ümid edirsiniz ki, Azərbaycan xalqı bir asi ilə mübarizə edə bilmək üçün öz hüququnu ikinci bir üsyan hazırlamaqda əli olan Qarayevlərə təslim etməli imiş? Qarabağ asilərini bəyənmirlər. Onlar ilə mübarizə etmək üçün buradakı üsyançılara təslim olmağı təklif edirlər. Bunun üçün nəzərə alınmayır ki, Qarabağda üsyan qaldıran vartazarlar həmin bu asilər başındadırlar ki, siz də orada iştirak edirsiniz .
Əgər siz, məni təmin etsəniz ki, Ümumidarə əlinizə keçdiyi təqdirdə burada Azərbaycan türk höküməti təşkil edəcəksiniz, əgər mən bilsəm ki, burada Azərbaycan höküməti adı ilə Rusiya Sovetinin bir şöbəsini burada açmayacaqsınız, o vaxt sizinlə danışa bilərdik. Bu sözlər əvəzində bizi qane edəcək dəlillər göstərə bilsəniz, biz hər vaxt sizinlə danışardıq, fəqət siz həqiqi bir istiqlaliyyətçi deyil, digər bir üsyan hazırlayan bir suiqəsdçisiniz".

Tarix: 1 aprel 1920-ci il.

Azərbaycan parlameninin iclası
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.