Türkiyə hərbçiləri Suriyada ABŞ-la birlikdə hərəkət edəcəklər

28-04-2018, 09:55           
Türkiyə hərbçiləri Suriyada ABŞ-la birlikdə hərəkət edəcəklər
Türkiyə hərbçiləri Suriyada ABŞ-la birlikdə hərəkət edəcəklər.

“Report” “Reuters”ə istinadla bildirir ki, bu barədə ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Məlumata görə, Türkiyənin xarici siyasət idarəsinin başçısı bu açıqlamanı NATO-nun mənzil-qərargahında ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşündən sonra verib.

O, qeyd edib ki, qoşunlar xüsusən Manbicə birlikdə daxil olacaqlar.

Bundan əlavə, Pompeo Türkiyənin Rusiyadan “C-400″ zenit-raket sistemləri alması qərarı ilə bağlı narahatlığını ifadə edib. “Ona bildirdik ki, bu sistemlər bizə lazımdır”, – deyə Çavuşoğlu bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru