Seçkilərdə qələbə qazanacağı təqdirdə Ərdoğan ölkədə fövqəladə vəziyyətin ləğv edilməsi məsələsinin baxılmağına hazırdır

14-06-2018, 08:31           

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbədənkənar prezident seçkilərində qələbə qazanacağı təqdirdə hələdə ölkədə qüvvədə olan fövqəladə vəziyyətin ləğv edilməsi məsələsinə baxılacağını bildirib. Türkiyə lideri bunu müsahibəsində söyləyib.

"Fövqəladə vəziyyət terror təhlükəsinin aradan qaldırılmasına yönəldilmiş bir tədbirdir. 24 iyunda keçirilən növbədənkənar seçkilərdən sonra səlahiyyətlərimizin uzadılacağı təqdirdə ilk öncə fövqəladə vəziyyətin lağvinə baxılacaq", Rəcəb Tayyib Ərdoğan söylədi.

Əvvəllər də Ərdoğan seçkilərdən sonra fövqəladə vəziyyətin qaldırılmasının mümkünlüyünü istisna etmirdi.

Ölkə fövqəladə vəziyyət şəraitində olduğu zaman, mitinqlərə, bəzi kütləvi tədbirlərin keçirilməsinə dair məhdudiyyətlər qoyulur, hüquq-mühafizə orqanlarına təhlükəsizliyini təmin etmək üçün daha geniş səlahiyyətlər həvalə edilir. Ancaq Ərdoğan "Fövqəladə vəziyyət rejimi vətəndaşlara, xaricilərə və ya iş adamlarına heç bir problem yaratmır" söylədi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru