Türk ordusu İraqın içərilərinə doğru irəlilədi

14-06-2018, 14:05           

Türkiyə ordusu PKK terror təşkilatına qarşı əməliyyat çərçivəsinə İraqın daxilinə doğru 25-28 kilometr irəliləyib.

Oxu.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Nazir İraqın şimalındakı terrorçuların bazasını arı pətəyi ilə müqayisə edib və bildirib ki, Türkiyə ordusu Xakurk, Avaşin-Basyan, Zap və Metina rayonlarında PKK terrorçuylarını tam məhv etmək gücündədir.

“İraqın şimalındakı Qəndil dağında PKK-nın əsas qərargahı yerləşir. Biz İraqın şimalında terrorçuları tam məhv etməsək, Türkiyənin şərqində və cənub-şərqində təhlükəsizliyi təmin edə bilmərik”, – nazir bildirib.

O qeyd edib ki, türk ordusunun İraqdakı əməliyyatlarını tənqid etmək yersizdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru