TÜRK ORDUSU MENBİÇ ƏTRAFINDA

18-06-2018, 19:09           

Türkiyə ordusu ABŞ ilə aparılan razılaşma çərçivəsində PKK-nı təmizləmək üçün Suriyanın Menbiç şəhərinə daxil olub.

TSQ (Türkiyə Silahlı Qüvvələri) üzvləri Suriyanın şimalında PKK/YPG terror təşkilatının işğalı altında olan Menbiç şəhərində ABŞ hərbçiləri ilə birlikdə nəzarətə başlayıb.

Menbiçdəki yerli mənbələrdən verilən məlumata görə, TSQ-ya məxsus zirehli texnika, Fərat qalxanı əməliyyatı bölgəsindəki Cerablus rayonu ilə Menbiç cəbhə xəttini bir-birindən ayıran Sacu çayının civarına daxil olub.

TSQ və ABŞ hərbçiləri bu bölgədə ABŞ bazasının da olduğu Dadat rayonu qarşısında birgə nəzarət fəaliyyətinə başlayıblar.

Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə amerikalı həmkarı Mayk Pompeo iyunun 4-dəki görüşləri zamanı rayonda təhlükəsizlik və sabitliyin təmin edilməsini də nəzərdə tutan yol xəritəsi barəsində razılıq əldə eləmişdilər.

Planda Türkiyə və Amerika tərəflərinin hərbi və kəşfiyyat işçilərinin də rayonda ortaq fəaliyyətə başlamaları, terrorçuların Menbiçdən çıxmasından sonra yerli nümayəndələrdən ibarət idarəçilik qurulması nəzərdə tutulur.

YPG/PKK, Hələb əyalətinin Menbiç rayonunu 2016-cı ilin avqustunda İŞİD terror təşkilatından alaraq işğal eləmişdi. Menbiç əhalisinin 90 faizi ərəblərdən ibarətdir.
Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru