Türklərlə suriyalılar arasında dava: 3 ÖLÜ, 5 YARALI

18-06-2018, 19:14           

Türkiyənin Qaziantep şəhərində türklərlə suriyalılar arasında kütləvi dava baş verib.

TEREF.İNFO axar.az-a istinadən xəbər verir ki, davaya səbəb yüksək səs tonu ilə danışan Suriya vətəndaşına türklərin xəbərdarlıq etməsi olub. Xəbərdarlıqdan qəzəblənən Suriya vətəndaşı yaxın dostu ilə birlikdə türkiyəli ata və oğula ov tüfəngindən atəş açıb. Hadisə nəticəsində hər iki türk ölüb.

Suriya vətəndaşlarından biri hadisə yerinə gələn polislərlə atışmada ölüb, digəri isə qaçıb. Davaya qarışan 5 nəfərin yaralandığı üçün xəstənaya yerləşdirildiyi bildirilib.

Qeyd edək ki, baş verən davadan sonra Qaziantepdə suriyalılarla türklər arasında gərginliyin artdığı bildirilib. Hadisə ilə bağlı yazılı açıqlama yayan Qaziantep valiliyi bölgədə təhlükəsizliyi təmin etmək məqsədi ilə polislərin gücləndirilmiş iş rejimində çalışdığını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru