İstanbul "Şərq Fatehi"nin qızı ilə vidalaşdı

18-06-2018, 22:06           

Kazım Qarabəkir Paşanın qızı İstanbulda dəfn edilib
İyunun 18-də İstanbul şəhərində Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün ən yaxın silahdaşlarından olan Kazım Qarabəkir Paşanın qızı Həyat Qarabəkir Feyzioğlunun dəfn mərasimi keçirilib.

teref.az AZƏRTAC-a istinadla xəbər verir ki, dəfn mərasimində Azərbaycanın İstanbuldakı baş konsulluğunun əməkdaşları, QHT və KİV təmsilçiləri, qardaş ölkədə yaşayan və işləyən azərbaycanlılar, mərhumun doğmaları və yaxınları iştirak ediblər.

Mərhum Karacaahmet məzarlığında dəfn olunub.

Qeyd edək ki, cəsur sərkərdə və dövlət xadimi Kazım Qarabəkir Paşa Birinci Dünya müharibəsi dövründə Şərqi Anadolunu və Naxçıvanı rus və erməni işğalından xilas edib və bu xidmətinə görə "Şərq Fatehi" adını qazanıb. Tarixi xidmətlərinə görə, Kazım Qarabəkir Paşa Azərbaycanda, eləcə də Naxçıvanda bir qəhrəman kimi xatırlanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru