Ərdoğanın reytinqi aşağı düşdü - Anket

19-06-2018, 14:25           
Ərdoğanın reytinqi aşağı düşdü - Anket
“Times” qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi karyerasında ilk dəfə reytinqlərinin aşağı düşdüyünü yazıb.

Enter.News xəbər verir ki, qəzetdə 24 iyun Türkiyə prezident seçkiləri ilə bağlı yayımlanan məqalədə Ərdoğanla bağlı xüsusi anket də təqdim edilib. Anketdə qeyd olunub ki, əgər 2015-ci ildə Türkiyə prezidentini dəstəkləyənlər 50.1 faiz təşkil edirdisə, hazırda bu rəqəm 48.3 faizə enib.

Qəzetdə Türkiyə iqtisadiyyatının hazırkı vəziyyətinin, eləcə də türk lirəsinin son vaxtlar dollar qarşısında zəifləməsinin prezidentə olan inamın azalmasında ən önəmli faktor olduğu qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru