Türkiyə seçkilərindən sürpriz gözləməyə dəyərmi?

20-06-2018, 00:00           

Türkiyə bundan əvvəl bir çox mübahisəli və rəqabətli seçkilərə şahidlik edib, lakin 24 iyun seçkiləri yəqin ki, tarix kitablarına düşəcək.

Bir həftədən də az müddət qalmış bu seçkilərdə bir sıra qeyri adi təcrübələrdən istifadə edilib.

Bir sıra yüksək rütbəli məmur və rəsminin davranışı qəzəblə qarşılanmaqdadır.

Belə ki, bəzi yüksək rütbəli dövlət rəsmiləri açıq şəkildə hakim Ədalət və İnkişaf Partiyası (AKP) xeyrinə təbliğat aparır.

Halbuki Türkiyədə partiya xeyrinə fəaliyyətə qadağa ilə bağlı Konstitusiya qaydalarının mövcuddur.

Türkiyə iqtisadiyyatı xaos içərisində
Türkiyə seçkilərində nələr olacaq?
Türkiyə gəncliyi dinə niyə arxa çevirir?
Ordu generalı prezidenti alqışlayır, onun siyasi rəqiblərini isə tənqid edir.

Ali Məhkəmənin hakimi Twitter-də müxalifət namizədini kəskin şəkildə tənqid edir.

Hətta ən yüksək dini qurum, Dini İşlər Vəqfinin (Diyanet) rəhbəri hökumətyönlü fitvalar verir.

Ölkənin şərqindəki Van şəhərində hökumətin təyin etdiyi mer prezident Erdoğanın gəlişi şərəfinə yollara qızıl gülü suyu səpdirib.

Əvvəllər daha ədalətli seçkilərin keçirildiyi ölkədə bu hadisələr qeyri adi və narahat edicidir.

Son günlər isə bəzi AKP tərəfdarları hətta müddətsiz hakimiyyətdən bəhs edirlər.

Cənab Erdoğanın rəqiblərindən biri islamçı Səadət Partiyasının lideri Temel Karamolloğlu-dur.

Cənab Karamolloğlu narahatdır ki, cəmiyyət islami dəyərlərini itirir.

O, korrupsiya və ədalətsizliyi aradan qaldıracağına və "Britaniya tərzində dünyəvilik" quracağına söz verir.

Lakin cənab Erdoğanın əsas rəqibi ana müxalifət partiyası - Respublikaçılar Partiyasının namizədi Muharrem İncedir.


Güclü natiq və təcrübəli siyasətçi olan cənab İnce ölkə boyu gəzərək baş çəkdiyi bütün şəhərlərdə meydanlara izdiham toplamağı bacarıb.

Keçmiş fizika müəllimi olan cənab İnce Türkiyə təhsilində islahatlar həyata keçirəcəyinə söz verir.

O, rəqəmsal dövrümüzdə fəaliyyət göstərə biləcək mühəndis və alimlərin yetişdirilməsindən danışır.

Türkiyə gəncliyi dinə niyə arxa çevirir?
Türkiyə gəncliyi dinə niyə arxa çevirir?
O, hər bir məhəllədə uşaq bağçası açmağı planlaşdırır ki, qadınlar da işə gedə bilsinlər və tez-tez Erdoğanın pulsuz qəhvə və tort veriləcək kafelərlə bağlı seçki planı barədə zarafatlar edir.

Muharrem İncenin seçki kampaniyasında mövzular, fövqəladə vəziyyət, ölkənin pisləşən iqtisadiyyatı, valyutası, işsizlik, ədliyyə və xarici siyasətdir.

Onun bir sıra qeyri populyar və mürəkkəb mövzuları dilə gətirmə və geniş ictimaiyyətin diqqətini cəlb edə bilmə bacarığı bir çoxlarının təəccübünə səbəb olub.

O, sanki özünəməxsus populizmi ilə cənab Erdoğanın populyarlığına çata bilib.

Bu, prezident seçkilərində qalib gəlməyə yetəcəkmiʔ

Buna cavab vermək hələ çox tez və çətindir.

Türkiyədə seçkidən öncə keçirilən sorğulara inanmaq da çətindir.

Müxalifət fövqəladə vəziyyət altında və qeyri bərabər şəraitdə mübarizə aparır. Mətbuata çıxış çox məhduddur.

Müxalif Xalqların Demokratik Partiyasından Selahattin Demirtaş seçki kampaniyasını həbsxanadan həyata keçirir.

Bu cür qeyri adi seçki mühitində isə nəyin normal olduğu qeyri məlumdur.

Firdevs Robinson
BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.