Avropadakı türklərin “səsi” Türkiyəyə göndərildi – VİDEO

21-06-2018, 13:06           
Avropadakı türklərin “səsi” Türkiyəyə göndərildi – VİDEO
24 iyunda Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri üçün səsvermə sona çatıb. AzEuroNews.com alman panorama-news.de saytına istinadən xəbər verir ki, səsvermə iyunun 7-si Türkiyənin 60 xarici ölkədə olan 123 nümayəndiliyində başlayıb.

Almaniya, Belçika və Lüksemburqada yaşayan 700 mindən çox Türkiyə vətəndaşı səsvermədə iştirak edib. Büllitenlər Türkiyə Hava Yollarına aid təyyarə ilə Berlin, Köln və Münxendən Türkiyəyə yola salınıb.

Büllitenlər Türkiyə Xarici İşlər Nazirliyinə aid torbalarda göndərilmədən öncə Hannover, Hamburq və Berlində toplanıb.

Torbalar Türkiyənin Almaniyadak səfirliyinin əməkdaşları ilə bərabər müxalif partiyaların üzvlərinin gözü qarşısında təyyarəyə yüklənib.

Xatırladaq ki, Türkiyədə iyunun 24-də keçiriləcək parlament və prezident seçkilərində 11 siyasi partiya iştirak edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru