Yunan əsgərləri türk gəmisini atəşə tutdu

23-06-2018, 18:46           

7 suriyalı qaçqını qanunsuz yolla Yunanıstana keçirmək istədiyi iddia edilən türk kapitana yunan əsgərləri atəş açıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə kapitan yaralanıb.

Hadisə Muğlanın Bodrum vilayətində baş verib. Yunan sahil mühafizə xidməti əvvəlcə kapitana xəbərdarlıq edib. Xəbərdalığa əməl edilmədiyini görən polislər atəş açıb. Kapitan yenidən Türkiyə sularına qayıtmaq istəyərkən saxlanılıb.

Yaralı kapitan xəstəxanaya yerləşdirilib. Həyati təhlükəsinin olmadığı deyilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru