Türkiyə seçimlərində seçim sonu - 5 partiya BMM-də təmsil olunacaq

25-06-2018, 01:25           
Türkiyə seçimlərində seçim sonu - 5 partiya BMM-də təmsil olunacaq
Türkiyədə keçirilən seçkilərin rəsmi nəticələri elan olunur.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, hazırda seçicilərin 87.42 faizinin iştirak etdiyi prezident seçkiləri ilə bağlı nəticələrin 97, parlament seçkisi ilə bağlı nəticələrin isə 97 faizinə yaxını açıqlanıb.

Bu faizlərə görə, rəsmi nəticələr aşağıdakı kimidir:

Ərdoğan – 52.61
Muharrem İncə – 30.76
Səlahəddin Demirtaş – 8.13
Meral Akşener – 7.41
Temel Karamollaoğlu – 0.89
Perinçek – 0.20
Parlament seçkiləri:

Cumhur ittifaqı:

AKP – 42.45

MHP – 11.19

Millət ittifaqı

CHP – 22.73

Səadət – 1.36

İYİ – 10.07

HDP – 11.29

Digərləri – 0.50

Qeyd edək ki, hazırkı nəticələrə görə, 600 nəfərlik Böyük Millət Məclisində AKP 293, MHP 49, CHP 146, İYİ 46, HDP isə 66 deputat mandatı qazanıb…

Onu da qeyd edək ki, Türkiyənin iri şəhərlərində – Ankara, İstanbul və Trabzonda Ərdoğan və partiyası üstünlük qazanıb. CHP və namizədi İncə isə İzmirdə mütləq üstünlüklə qalib gəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.