Türkiyəyə pis xəbər: İtaliya ordusuna təlimat verildi

25-06-2018, 08:12           
Türkiyəyə pis xəbər: İtaliya ordusuna təlimat verildi
Suriyanın Deyr əz-Zor bölgəsindəki YPG-PKK qruplaşmasına kömək məqsədilə hərbçi göndərən İtaliya terror təşkilatlarına dəstəyini artırır.

Axar.az xəbər verir ki, İtaliya ordusu ötən gecə Deyr əz-Zora daha 20 hərbçi göndərib və sözügedən qruplaşmalarla işbirliyini artırmaq haqda qərar qəbul edib.

Məlumata görə, italyan hərbçiləri hələ ki, silahlı qarşıdurmalarda iştirak etmir, lakin onların növbəti günlərdə bəzi hərbi əməliyyatlara qatılacağı gözlənilir.

Qeyd edək ki, bir neçə gün əvvəl İtaliya Deyr əz-Zora hərbçilərini göndərib. İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmək üçün göndərildiyi iddia edilən hərbçilər ABŞ hərbi bazasında məskunlaşıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru