Azərbaycanda kürdlərin partiyası 2-ci yerə çıxıb - RƏSMİ

25-06-2018, 20:28           
Azərbaycanda kürdlərin partiyası 2-ci yerə çıxıb - RƏSMİ
Türkiyənin Azərbaycandakı səfirliyində açılan seçki məntəqəsində Türkiyədə keçirilmiş prezident seçkiləri ilə əlaqədar baş tutan səsvermənin nəticələri məlum olub.

"Report" xəbər verir ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının 38,5%-i Rəcəb Tayyib Ərdoğana səs verib.

Onun CHP partiyasından olan əsas rəqibi Məhərrəm İncə Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının 33,8% səsini qazanıb. HDP nümayəndəsi Səlahəddin Dəmirtaş səslərin 12%-ni, "Yaxşı partiya"dan Meral Akşənər 7,9%-ni toplayıb. Digər namizədlər - Doğu Perinçer və Temel Qaramollaoğlu heç 1% səs toplaya bilməyiblər.

Elə Türkiyənin Gəncə və Naxçıvan şəhərlərində yerləşən baş konsulluqlarında açılmış seçki məntəqələrində də R.T.Ərdoğan daha çox səs toplayıb (müvafiq olaraq, 52,1% və 44,8%). Bu seçki məntəqlərindəki səsvermədə M.İncənin topladığı səs faizləri isə müvafiq olaraq, 32,4% və 38,8% olub.

Parlament seçkilərinə gəlincə, burada 31,7% səslə AKP qələbə çalıb. HDP 25,8%, CHP 21,7%, "Yaxşı partiya" 11,5% səs toplayıb. Türkiyənin Azərbaycandakı baş konsulluqlarında keçirilən səsvermənin nəticələrinə görə də AKP qalib gəlib.

Qeyd edək ki, Türkiyədə keçirilən prezident seçkilərində R.T.Ərdoğan qələbə qazanıb (52,6%).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru