Vaşinqton Ankaranı sanksiyalarla hədələd

27-06-2018, 01:23           
Vaşinqton Ankaranı sanksiyalarla hədələd
Türkiyə ilə ABŞ arasında münasibətlər Ankaranım rus zenit-raket kompleksi S-400 əldə etməsindən sonra mürəkkəbləşəcək.

Bu barədə ABŞ-ın Avropa və Avrasiya üzrə dövlət katibinin köməkçisi Uess Mitçell bəyan edib:

“Sanksiyalar tətbiq edəcəyik. Bu, “Sanksiyaların köməkliyi Amerika düşmənlərinə qarşı” qanun əsasında həyata keçiriləcək”.

2017-ci ilin sentyabrında Moskva ilə Ankara arasında Türkiyənin S-400 sistemlərinin təchizatı ilə bağlı müqavilə imzalanıb. ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına baxmayaraq, Türkiyə 2018-ci ilin aprelində öz qərarını təsdiqlədi. Lakin Ankaranın istəyilə təchizat məsələsi 2019-cu ilin iyuluna keçirilib.

S-400 sistemin alışı ABŞ-da narazılıq yaradıb. Belə ki, Türkiyə NATO-ya üzv ölkədir. Buna görə də, Alyansda bütün silahlandırma sistemi vahid standart əsasında həyata keçirilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru