İngiltərənin Ərdoğan qərəzi: Qərb Türkiyə ilə dost olacaqmı?

27-06-2018, 08:50           

Qərbin artıq Türkiyə ilə dost olması mümkünsüzdür.

Axar.az xəbər verir ki, bu sözlər İngiltərənin ”Ekspress” qəzetində Türkiyədə keçirilən 24 iyun prezident seçkisi ilə bağlı yayımlanan köşə yazısında qeyd olunub. Ross Klarkın müəllifi olduğu yazıda Türkiyənin dünyəvi quruluşun son illərə qədər islam və fanatizm qarşısında bacarıqla dayanaraq demokratiyanı qoruduğunu, lakin bundan sonra demokratiyadan uzaqlaşacağı bildirilib. Buna görə də Qərblə Türkiyə arasında dostluq münasibətlərinin qalmayacağı qeyd olunub. Klarkın sözlərinə görə, bundan sonra Türkiyə Avropa Birliyinin sabitliyi üçün təhdid xarakteri daşıyacaq.

Ərdoğanın hakimiyyətə gəldiyi ilk vaxtlarda Qərb üçün təhlükə təşkil etmədiyini, ancaq xüsusilə son iki ildə böyük dəyişikliyə uğradığını deyən müəllif 15 iyuldakı uğursuz hərbi çevriliş cəhdindən sonra Türkiyədə başlayan həbslər və bağladılan qurumlardan söz açıb və Türkiyədə demokratiya qalmadığnı yazıb.

Yazar həmçinin İngiltərənin Baş naziri Tereza Meyi də Ərdoğana olan səmimi davranışlarına görə tənqid edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru