Azərbaycandakı kürdlər niyə Ərdoğanı deyil, terrorçu Dəmirtaşı seçdilər...?

28-06-2018, 10:35           
Azərbaycandakı kürdlər niyə Ərdoğanı deyil, terrorçu Dəmirtaşı seçdilər...?
Türkiyədə prezident və parlament seçkiləri ilə əlaqədar Azərbaycanda yaşayan Türkiyə vətəndaşları üçün iyunun 17-də keçirilmiş seçkilərin nəticələri bir vacib məqamla diqqət çəkir.

Xatırladaq ki, ölkəmizdə yaşayan 15 min 477 seçici qeydiyyatda olsa da, onlardan 5742-si (37,1 faiz) səs verib.

Nəticələrə əsasən “Cümhur” blokunun namizədi Rəcəb Tayyib Ərdoğan 38 faiz (805 səs) səslə 1-ci,, CHP-nin namizədi Məhərrəm İncə 33,9 faiz (717 səs) səslə 2-ci, kürdlərin namizədi Səlahəddin Dəmirtaş isə 411 (19,4 faiz) səslə üçüncü olub.


Əcəba, niyə Türkiyədəki seçkilərdə seçicilərin 87 faizi səsvermə məntəqələrinə gələrək öz namizədinə səs verdiyi halda Azərbaycandakı Türkiyə vətəndaşlarının cəmisi 37 faizi seçki günü canına cəfa verərək öz konstitusion hüquqlarından istifadə edib?

Cavabı açıq qalmış daha bir sual isə Azərbaycandakı kürd əsilli Türkiyə vətəndaşları içərisindəki aktivlikdir. Yəni 411 səs olduqca maraqlı məqamları üzə çıxarır. Təbii ki, Diyarbəkirdə, Tuncelidə, Şırnakda və kürdlərin dominantlıq təşkil etdiyi digər bölgələrdə terrorçu Səlahəddin Dəmirtaşın seçici səslərinin əksəriyyətini qazanması nə qədər başadüşülən olsa da, Azərbaycandakı kürdlərin Ərdoğanı, Akşeneri və ya İncəni deyil, məhz Abdulla Öclanın davamçısını dəstəkləmələri olduqca düşündürücü olmalıdır. Heç şübhəsiz, hər iki ölkənin müvafiq strukturları bu məqama xüsusi diqqət yetirməlidirlər.

Qeyd edək ki, 24 iyun seçkilərində ümumilikdə seçicilərin 52,6 faizi prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğana etimad göstərib. Məhərrəm İncə seçicilərin 30 faizinin səsi ilə ikinci yerdə qərar tutub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.