Türkiyədə terrorçular AKP fəalını qətlə yetirdi –Doğubəyazit şəhərində qanlı olay

28-06-2018, 23:12           
Türkiyədə terrorçular AKP fəalını qətlə yetirdi –Doğubəyazit şəhərində qanlı olay
ürkiyənin Ağrı vilayətində PKK qruplaşmasının üzvləri hakim Ədalət və İnkişaf partiyasının (AKP) üzvü olan ictimai fəal Mövlut Bengi qətlə yetiriblər.

Türkiyə KİV-lərinin yaydığı məlumata görə, fəalın meyiti Doğubəyazit şəhərinin kənarında dirəyə bağlanmış vəziyyətdə aşkarlanıb. Onun baş nayihəsinə küt alətlə vurulan zərbədən öldüyü müəyyən edilib.

Jandarm komandanlığı onun üzərində kağız parçası aşkarlayıb. Həmin kağızda “dövlətin xeyrinə casusluğa görə öldürülüb” yazısı qeyd olunub. Hüquq mühafizə orqanları həmin şəxsin PKK üzvləri tərəfindən öldürülüdüyünü hesab edir. (virtualaz.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru