Türkiyə yenidən erkən seçkiyə gedir, nazirdən anons:"Yeni hökumət elan olunandan dərhal sonra başlamalıyıq"

2-07-2018, 07:51           

Türkiyədə 2019-cu ilin mart ayında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri də vaxtından əvvəl keçirilə bilər.

Strateq.az xəbər verir ki, bunu Qida, Əkinçilik və Heyvandarlıq naziri Ahmet Eşref Fakıbaba “CNN-Türk” kanalına müsahibəsində deyib.

AKP-li nazir bildirib ki, yeni hökumət qurulduqdan dərhal sonra bələdiyyə seçkilərinə hazırlaşmaq lazımdır: “Bilirəm ki, bu seçki çox ciddi rəqabət şəraitində keçəcək. Məncə, çoxluğun dediyi və arzuladığı kimi, həqiqətən vaxt itirmək lazm deyil. Ölkədə seçki atmosferi varkən, yeni hökumət elan olunandan dərhal sonra növbədənkənar bələdiyyə seçkilərinə başlamalıyıq”.

Fakıbaba deyib ki, növbədənkənar bələdiyyə seçkisinin sentyabr ayında keçirilməsi haqda fikirləri dəstəkləyir: “Şəxsən mən sentyabr ayında erkən bələdiyyə seçkisinin keçirilməsini istəyirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru