Türk lirəsinin taleyi necə olacaq?

3-07-2018, 01:00           
Türk lirəsinin taleyi necə olacaq?
ABŞ-ın investisiya bankı "Morgan Stanley” Türkiyədə seçki sonrası dollar/lirə məzənnəsi üzrə ik proqnozunu açıqlayıb.

Oxu.Az xəbər verir ki, bankın gözləntilərinə əsasən, bu ilin son rübündə dollar lirəyə nisbətdə 5 lirədən yüksək olacaq.

Bildirilir ki, 2018-ci ilin üçüncü rübündə 1 dollar 4,90 lirə təşkil edəcək. Dördüncü rübdə isə artıq dollar 5,05 lirə səviyyəsinə yüksələcək.

Bankın proqnozlarına görə, 2019-cu ildə dollar lirəyə nisbətdə mərhələli şəkildə geriləyəcək. İlin birinci rübündə 1 dollar 5 lirə, ikinci rübündə isə 4,85 lirə olacaq.

2019-cu ilin sonunda lirə yenidən ucuzlaşaraq 1 ABŞ dolları-5 lirə səviyyəsinə yüksələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru