İranda təhlükəsizlik orqanları 14 azərbaycanlını həbs edib.
Axar.az xəbər verir ki, bu barədə "Azərnyus" informasiya yayıb.
Məlumata görə, "Babək qalası" (Bəzz) ətrafına toplaşmaq istəyən azərbaycanlı fəallardan 14-ü həbs edilib. Nəzarətə alınanların arasında tanınmış fəallardan Abbas Lisani də var.
Onların hansı səbəbdan həbs edildiyi hələlik açıqlanmır.