Türk əsgərlərini diri-diri yandıran İŞİD cəlladı məhv edildi

4-07-2018, 16:28           
Türk əsgərlərini diri-diri yandıran İŞİD cəlladı məhv edildi
İki türk əsgərini diri-diri yandıran İŞİD cəlladı Suriyada atışma zamanı məhv edilib. FaktXeber.com-un Daily Mail-ə istinadla verdiyi məlumata görə, Əbu Təlha əl-Türki «Suriya Demokratik Qüvvələri» tərəfindən öldürülüb.

Qeyd edək ki, Sefter Taş və Fethi Şahini vəhşicəsinə qətlə yetirilməsindən sonra cəlladın başına 243 min funt sterlinq mükafat təyin olunmuşdu.

Əl-Türki ləqəbi ilə tanınan Talib Akkurt Suriyanın şərqində Həccin şəhərndə iyunun 7-də məhv edilsə də, bu barədə indi xəbər verilib. Onun öldürüldüyü barədə ilk məlumatı terrorizmlə bağlı informasiyaları paylaşan Merilend Koordinasiya və Analiz Mərkəzi verib.

Əl-Türki və onun türkiyəli əlaltıları Həsən Aydın və Muhiddin Büyükangoz İŞİD-in türklərdən ibarət «Yasar»bölməsinin üzvü olub.

Sefter Taş və Fethi Şahin Türkiyə jandarmeriyasının kəşfiyyatçıları olublar.

Xatırladaq ki, 2016-cı ilin sonlarında İŞİD terror təşkilatı türk əsgərlərini yandırılma yolu ilə edam videosunu paylaşmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru