Türkiyə ölüm hökmünü bərpa edir? - Ərdoğandan cavab

4-07-2018, 20:07           
Türkiyə ölüm hökmünü bərpa edir? - Ərdoğandan cavab
Türkiyədə ölüm hökmünün tətbiqi elə də sadə məsələ deyil.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan pedofillərə qarşı ölüm hökmünün bərpa oluna biləcəyi məsələsini şərh edərkən deyib.

R.T.Ərdoğan bildirib ki, bunun üçün ilk növbədə konstitusiya qərarı lazımdır.

Dövlət başçısı əlavə edib ki, hökumət, eləcə də ölkənin güc strukturları Türrkiyə vətəndaşlarının müdafiəsi üçün əlindən gələni edir.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə pedofillərə qarşı ölüm hökmünün bərpa olunması məsələsinin müzakirə olunduğu bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru