Türkiyədə sərnişin qatarı relsdən çıxıb, 10 nəfər ölüb, 73 yaralı var

8-07-2018, 23:12           
Türkiyədə sərnişin qatarı relsdən çıxıb, 10 nəfər ölüb, 73 yaralı var
Türkiyənin Tekirdağ əyalətində qatarın relsdən çıxaraq aşması nəticəsində 10 nəfər ölüb, daha 73 nəfər yaralanıb.

“Report” "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin ilkin məlumatında bildirilir.

İlkin məlumata görə, qatarda ümumilikdə 360 sərnişin olub.

***20:52

Bakı. 8 iyul. REPORT.AZ/ Türkiyənin şimal-qərbində sərnişin qatarının beş vaqonu relsdən çıxaraq aşıb. Hadisə nəticəsində ölən və yaralananlar var.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli NTV telekanalı məlumat yayıb.

Qatar Kapıkule-İstanbul marşrutu üzrə hərəkətdə olub, lakin Tekirdağ əyalətindən keçən zaman naməlum səbəblərdən qatarın bir hissəsi relsdən çıxaraq aşıb.

Telekanalın məlumatına görə, qəza zamanı sərnişinlər arasında ölən və yaralananlar olub. Hazırda olanların sayı dəqiqləşdirilir.

Hadisə yerinə xilasetmə və təcili yardım xidməti əməkdaşları cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru