İsraildən Ərdoğana qarşı addım: "Onları qorxu bürüdü"

9-07-2018, 09:37           

İsrail Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fələstindəki təsir dairəsini azaltmaq məqsədi ilə Ankaranın buradakı qurumlarının fəaliyyətini məhdudlaşdırmağı düşünür.

Axar.az xəbər verir ki, bu barədə İsrailin "Hadaşot" qəzetində məqalə yer alıb.

Məqalənin müəllifi bildirib ki, İsrail Təhlükəsizlik Xidməti Ərdoğanın fələstinlilər üzərindəki təsirini azaltmaq üçün Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) fəaliyyətinə mane olacaq.

TİKA-nın Qüdsdə, Qəzzada böyük nüfuza malik olduğunu qeyd edən müəllif qurumun bundan sonra həyata keçirəcəyi hər layihəyə görə İsrail hökumətindən icazə almalı olduğunu yazıb.

Sözügedən məsələyə Türkiyə mətbuatında da geniş yer verilib. "Xəbər7" qəzeti İsrailin bu həmləsini "Onları Ərdoğan qorxusu bürüdü" kimi təqdim edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru