Türkiyə Ordusunın başına yeni komandan gətirildi

10-07-2018, 10:48           

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə ordu generalı Yaşar Güler təyin edilib.

Modern.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın milli müdafiə naziri postuna aparılmasının ardından Yaşar Güler yeni vəzifəyə təyinat alıb.

Bu təyinatadək Yaşar Güler Quru Qoşunları komandanı idi.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın digər sərəncamı ilə Quru Qoşunları komandanı vəzifəsi indiyədək Baş Qərargah rəisinin 1-ci müavini olan ordu generalı Ümit Dündara tapşırılıb.

Baş Qərargah rəisinin 1-ci müavini vəzifəsinə isə Quru Qoşunları Qərargahının rəisi, general-polkovnik Metin Gürak gətirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru