ABŞ-dan PKK-ya 200 TIR SİLAH - VƏDLƏRİN ƏKSİNƏ, TERRORA DƏSTƏK DAVAM EDİR

27-07-2018, 21:01           
ABŞ-dan PKK-ya 200 TIR SİLAH - VƏDLƏRİN ƏKSİNƏ, TERRORA DƏSTƏK DAVAM EDİR
ABŞ PKK-nın Menbiçdən çıxarılacağını, verilən silahların da geri qaytarılacağını vəd elədiyi halda, terror təşkilatı bunun əksini edir. Fəratın qərb sahilini tərk etməyən terrorçular minlərlə tır dolusu silahı da “lazım olduqda istifadə eləmək üçün” qara bazarda tərəfdaşlarına satır.

Türkiyə ilə ABŞ arasında əldə edilən razılaşmaya görə, 2018-ci ilin sonuna qədər PKK/PYD-YPG terror təşkilatı Menbiçi və Fərat çayının qərb sahilini tərk eləməlidir. Terror təşkilatı əlindəki silahları qara bazarda sataraq təşkilata maliyyə mənbəyi təmin edir. ABŞ isə terrorçulara yeni silahlar göndərməkdə davam edir. ABŞ-ın zirehli texnika, ağır silahlar və hərbi ləvazimatla dolu 200 tırdan ibarət karvanı Şimali İraq Kürd Muxtariyyətinin nəzarətindəki Semelka sərhəd qapısından Suriyaya daxil olub.

Suriyanın şimalında isə PKK terror təşkilatı indiyə qədər ABŞ-dan aldığı 5 min tır dolusu silahı qara bazarda tərəfdaşlarına satır. Təşkilat bununla maliyyə mənbəyi əldə edir, həm də ABŞ-ın verdiyi və daha sonra geri almağı vəd elədiyi bu silahları sataraq bölgədə qalmasını təmin edir.

Halbuki, Türkiyə ABŞ arasında əldə edilən razılaşmaya görə, 2018-ci ilin sonuna qədər PKK/PYD-YPG terror təşkilatı Menbiçi və Fərat çayının qərb sahilini tərk eləməklə yanaşı, ABŞ-dan aldıqları bütün silahları geri qaytarmalıdırlar. Terror təşkilatının məqsədi yerini dəyişdirərək, bu silahlardan Türkiyəyə qarşı keçirilə biləcək əməliyyatlarda istifadə eləməkdir. ABŞ Demokratik Suriya Qüvvələri pərdəsi altında Suriyadakı terror ünsürlərinə yardım eləməyə davam edir.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.