ABŞ Türkiyəni masada ŞANTAJ ETDİ - Böhranın əsl səbəbi və diplomatik görüşün DETALLARI

10-08-2018, 10:06           
ABŞ Türkiyəni masada ŞANTAJ ETDİ - Böhranın əsl səbəbi və diplomatik görüşün DETALLARI
Türkiyə ilə münasibətləri gərginləşən ABŞ-ın əsl niyyəti ortaya çıxıb.

Publika.az xəbər verir ki, amerikalı rahib Endryu Bransonun Türkiyədə həbsdə saxlanılmasından doğan böhranın diplomatik yolla həlli üçün Vaşinqtona gedən türk heyəti müzakirələrdən müsbət nəticə əldə edə bilməyib.

ABŞ Daxili İşlər və Maliyyə Nazirliyi nümayəndələri ilə Türkiyə təmsilçiləri arasında keçirilən görüşlərdə ABŞ rahib Bransonun azad olunması yerinəTürkiyənin FETÖ terror təşkilatı ilə mübarizə məsələsini müzakirəyə qoyub. Bu azmış kimi, FETÖ ilə əlaqəsi olan bütün vətəndaşlarının ölkəsinə təxliyə olunmasını istəyib. Bununla gerçək niyyətini ortaya qoyan rəsmi Vaşinqton ABŞ-FETÖ münasibətlərinin üzə çıxmasına mane olmaq və şantaj yolunu seçib.

ABŞ Daxili İşlər Nazirliyinin sözçüsü Hizer Noyret görüşlərin davam etdiyini bildirsə də, “Vall Strit Jurnal” qəzeti görüşlərin başa çatdığını, tərəflərin müsabət nəticə əldə edə bilmədiklərini və prezident Donald Trampın Türkiyəyə yeni sanksiyalar tətbiq edə biləcəyini yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru