Ərdoğan: “Meydan oxuyuruq, təslim olmayacağıq”

12-08-2018, 21:14           
Ərdoğan: “Meydan oxuyuruq, təslim olmayacağıq”
“Fırtınanın səbəbi nədir? İqtisadi səbəb yoxdur. Bu, Türkiyəyə qarşı əməliyyatdır”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzon şəhərində mitinqdə çıxışında ABŞ-ın ölkəsinə qarşı hücum və təhdidlərini şərh edərkən deyib.

“Bu əməliyyatın məqsədi bütün sahələrdə Türkiyəni təslim etməkdir. Oyununuzu gördük və meydan oxuyuruq. Təslim olmayacağıq, istehsal etməyə davam edəcəyik. İşimizi genişləndirməyə davam edəcəyik. Siz dollarla üzərimizə gəlsəniz, biz başqa yollarla işlərimizə davam edəcəyik”, - Ərdoğan bildirib.

Onun sözlərinə görə, lirənin dollar qarşısında 6 lirə səviyyəsini keçməsinin nə iqtisadi, nə də mənqiqli bir izahı var.

“Türkiyə 20 il əvvəl Asiya ölkələrində yaşandığı kimi bir maliyyə böhranı ilə qarşı-qarşıyadırmı? Xeyr. ABŞ və Böyük Britaniyada olduğu kimi ipoteka böhranı ilə üzləşibmi? Xeyr. Yunanıstan kimi iflas edirmi? Xeyr. Mən iqtisadi müharibədən danışıram”, - Türkiyənin dövlət başçısı əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.