Türkiyə keçmiş pilotları geri çağırdı: Savaşa hazırlıq...

27-08-2018, 15:36           
Türkiyə keçmiş pilotları geri çağırdı: Savaşa hazırlıq...

Türkiyə Hərbi Hava Qüvvələri təqaüdə çıxan pilotlara müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Sözçü” məlumat yayıb. Qəzet FETÖ ilə bağlılığı olan pilotların ordudan kənarlaşdırılmasından sonra Hərbi Hava Qüvvələrində pilot çatışmazlığı yaşandığını bildirib. Bu kəsri aradan qaldırmaq üçün hərəkətə keçən HHQ Türk Hava Yolları və digər özəl şirkətlərdə çalışan ehtiyatda olan hərbçilərə müraciət ünvanlayaraq, onları orduya geri çağırıb. Belə ki, HHQ onların savaşa hazırlıq təlimi keçmələrini istəyib.

“Bölgəmizdə meydana gələn hadisələrlə yanaşı, ölkəmizin regional və qlobal gücü artdıqca istiqlaliyyətimizə yönələn təhdidlər də artır. Bu məqsədlə keçmiş hərbçilərin təcrübələrinə müraciət etməyimiz zəruri hala gəlib. Ölkəmiz və millətimiz üçün könüllü olmağınız halında ehtiyat pilot statusuna sahib olacaq, ilk olaraq 34 günlük hərbə hazırlıq kursundan keçəcəksiniz. Hələ də mülki aviasiya şirkətlərində çalışan şəxslərin şəxsi haqları da qorunacaq”, – deyə keçmiş hərbçilərə ünvanlanan məktubda yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru