Adnan Oktara daha bir ŞOK: Vəkili cinayət başında tutuldu
29-08-2018, 12:52
Türkiyədə mütəşəkkil cinayətkar dəstəyə başçılıq edən Adnan Oktar və təşkilatına qarşı açılan istintaq əməliyyatında saxlanılan və həbs edilən üzvlərin hesabına pul köçürən vəkil Kənan Yavuz ifşa edilib. Publika.az xəbər verir ki, istintaq çərçivəsində ifadə verən vəkilin məhbusların ailələri ilə görüşməsinə əngəl olduğu da ortaya çıxıb. Vəkil təşkilat üzvlərinin hər şeyi etiraf etməmələri üçün onlara rüşvət verdiklərini bildirib. Onun cinayətləri həbsdə olan uşaqları ilə görüşə bilməyən ailələrin şikayətindən sonra ortaya çıxıb. Belə ki, şikayətçi ailələr həbsxanadakı uşaqlarının onlarla görüşmək istəmədiyini, göndərdikləri vəkillərin qəbul edilmədiyini və pul belə almadıqlarını polisə bildirib. Bu şikayətdən sonra İstanbul Korrupsiya ilə Mübarizə İdarəsi hərəkətə keçib. Nəticədə məlum olub ki, Kənan Yavuz adlı vəkil təşkilat üzvlərinin olduğu bütün həbsxanalara tək-tək gedib və onlara rüşvət verib.